Futzal üzrə Dünya Çempionatının “Play off” mərhələsinin püşkatma mərasimi keçiriləcək

Futzal üzrə Dünya Çempionatının “Play off” mərhələsinin püşkatma mərasimi keçiriləcək

Futzal üzrə Dünya Çempionatının final mərhələsinə vəsiqə uğrunda Fevralın 11-də, Xorvatiyanın Zaqreb şəhərindəki \"Sheraton\" otelində play-off oyunlarının püşkatma mərasimi keçiriləcək. Siasport.az saytının xəbərinə görə, əsas seçmə mərhələdə qrupda birinci yeri tutacaq komandaların rəqibi play-off-a qrup ikinci olaraq vəsiqə qazanmış yığmalar olacaq.

Məlumat üçün bildirək ki, Play-off çərçivəsində keçiriləcək ilk qarşılaşmalar martın 25-dən 28-dək, cavab görüşləri isə Aprelin 8-dən 11-ə qədər müddətində keçiriləcək. Play-off-da mübarizə aparacaq komandaların siyahısını aşağıdakı kimi qeyd olunub.

Qrup qalibləri

1. İspaniya

2. İtaliya

3. Serbiya

4. Portuqaliya

5. Ukrayna

6. Çexiya

7. Rusiya

Qrup ikinciləri

1. Norveç

2. Rumıniya

3. Sloveniya

4. Slovakiya

5. Azərbaycan

6. Belarus

7. Macarıstan

Qeyd edək ki, futzal üzrə Dünya Çempionatının final görüşləri Noyabrın 2-dən 18-dək tarixdə Taylandda keçiriləcək.

Orxan Faiqov


Bütün xəbərlər Facebook səhifəmizdə