Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası vətəndaşlara müraciət edib

Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası vətəndaşlara müraciət edib

Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası vətəndaşlara müraciət edib. Stansiyanın baş həkimi Mürsəl Həmidov SİA-ya bildirib ki, vətandaşlar havaların kəskin soyumasına, adi hallara görə, Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının çağırışlarla bağlı müracət etməsinlər: "Mümkünsə, əhali əsassız, lazımsız yerə təcili yardıma müraciət eləməsin. Adi şeylərdən ötrü təcili yardımı çağırırlar, maşın o xəstənin üstünə çətinliklə gedib çatır, ağır xəstə qalır bir tərəfdə, biz həmin xəstələrin üstünə gecikirik. İnsanlara tövsiyəm ondan ibarətdir ki, ciddi bir şey yoxdursa, təcili yardımı ünvana çağırmasınlar, əvəzində zəng edib telefonla məsləhət alsınlar. İnsanlar başa düşməlidir ki, elementar şeylərdən ötrü həkimi çağırmaq başqa ağır xəstələr üçün nə qədər problemlər yaradır".

Mürsəl Həmidov bildirib ki, Bakıda yaşayan vətandaşlar stansiyaya zəng edib növbətçi həkimlərdən məsləhət ala bilərlər. Eyni zamanda Baş həkim əhalidən hava şəraiti ilə əlaqədar zərurət olmadığı təqdirdə küçəyə çıxmamaq və avtomobillərdən istifadə etməmək məsləhət görüb: "Xüsusən də yaşlı insanlar bir balaca yıxılmaqla ağır xəsarət ala bilər. Yaşlı insanların ümumiyyətlə küçəyə çıxması məsləhət deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə