Qənirə Paşayeva: \"Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyəti ilə bağlı qərarı Ermənistan yox, AŞPA-nın Bürosu verir\" - MÜNASİBƏT
Ermənistan nümayəndə heyəti AŞPA-da baş verən son hadisələri doğru olmayaraq, özlərinin maraqlarına uyğun şəkildə təqdim etməyə çalışırlar. O, cümlədən Dağlıq Qarabağ üzrə Alt komitəsinin fəaliyyəti ilə bağlı. Bu sözləri SİA-ya açqılamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.
"AŞPA son sessiyasında Ermənistan nümayəndə heyətinin rəhbəri Artunyan yenə Dağlıq Qarabağ üzrə Alt komitənin Mövlud Çavuşoğlunun şəxsi təşəbbüsü kimi qiymətləndirməyə çalışdı. Bu zəmində Mövlud Çavuşoğlu çox cərt və ciddi şəkildə onlara cavab verdi. O, qeyd etdi ki, bu komitə 2005-ci ildə AŞPA-nın 14 16 saylı qətnaməsini qəbulu ilə əlaqədar yaradılıb ki, qətanamədən irəli gələn məsələlərə nəzarət etsin. Qurumda bir daha vurğulandı ki, komitə Büronun qərarı ilə yaradılıb və bu hər hansı bir şəxsin və yaxud Ermənistanın arzusundan asılı olaraq fəaliyyət göstərməyəcək", - deyə əlavə edib.
Eyni zamanda məlumdur ki, Ermənistan nümayəndə heyəti Alt Komitənin işində iştirak etmir. Millət vəkili deyib ki, erməni deputatlar bununla normal dialoqdan qaçdıqlarını göstərirlər. Lakin onların komitənin işində iştirak etməməsi komitənin fəaliyyətinin donması deyil: "Çünki, komitənin fəaliyyəti ilə bağlı qərarı Ermənistan yox, AŞPA-nın Bürosu verir. Büronun isə hələ ki, belə bir qərarı yoxdur. Ermənistan nümayəndə heyəti özünün arzu və istəyini söyləyə bilər. Amma bu gerçəkliyi əks etdirmir. Qurumun Bürosu elə bir qərar qəbul etməyib ki, Dağlıq Qarabağa dair Alt komitəsinin fəaliyyəti dondurulusun. Ona görə də, mən təəssüf edirəm ki, Ermənistan nümayəndə heyəti həmişə olduğu kimi bu cür adımlar atmaqla bir daha göstərirlər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı tərəf deyillər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB