Prezident İlham Əliyev İordaniyanın Baş naziri Aun Al Xasauna ilə görüşüb

Prezident İlham Əliyev İordaniyanın Baş naziri Aun Al Xasauna ilə görüşüb

Davosda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Krallığının Baş naziri Aun Al Xasauna ilə görüşüb.

SİA-nın məlumatına görə, Azərbaycan ilə İordaniya Krallığı arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilən görüşdə, hər iki ölkənin müxtəlif sahələrdə bir-birinə dəstək verməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə