Fransız senator rüşvət başında yaxalandı - FAKT

Fransız senator rüşvət başında yaxalandı - FAKT

Fransa Senatında "erməni soyqırımı" iddialarının inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını qəbul etdirən Sosialist Partiyasından olan senator Filippe Kaltenbaçın rüşvət aldığı kadrlar kameraların yaddaşına düşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistana hər səfərində "soyqırımı abidəsi"ni ziyarət edən bu fransız həm də Clamart Bələdiyyəsinin başçısıdır.


Hürriyət qəzetinin verdiyi məlumata görə, video qeydlərində Filippe Kaltenbaçın yoxsullar üçün inşa edilən bələdiyyəyə aid ictimai ofislərdən birini tanışına vermək qarşılığında ondan 1000 Avronu alıb pulqabısına qoymağı göstərilir.


Nanterre Prokurorluğu tərəfindən haqqında istintaq başladılan Kaltenbaçın rüşvətalma görünüşləri dünən "Le Figaro" qəzetinin internet saytında da yerləşdirilib. Görüntülərdən də məlum olur ki, 11 dəqiqəlik videoyazıda senator Bələdiyyə başçısının köməkçisi işləyən Məhəmməd Abdülxaliddən 50 Avroluq banknotları – cəmi 1000 Avronu alır, əvvəlcə sayır, sonra isə pulqabısına qoyur.


Maraqlıdır, görəsən qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqda qanunu Senatda qəbul etdirən Filippe Kaltenbaç rüşvət verməyə və almağa adət etmiş erməni lobbisindən nə qədər pul alıb. Bu rəqəm yəqin ki, milyonlarla ölçülür.


Bütün xəbərlər Facebook səhifəmizdə