ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi: “Fransanın həmsədrlikdən kənarlaşdırılması məsələsi Azərbaycan hökuməti ilə müzakirə oluna bilər”
"ATƏT sədri Eymon Qilmorun yaxın aylarda Cənubi Qafqaza səfəri gözlənilir. Səfər çərçivəsində ATƏT və Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Müzakirə olunacaq əsas məsələlərdən biri də təbii ki, Dağlıq Qarabağ probleminin həlli olacaq". SİA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Predreyk Mörfi deyib. Xüsusi nümayəndə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bildirib ki, ATƏT-ə sədrlik yanvar ayından İrlandiyaya keçib: "Mən də Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olaraq region ölkələrinə, o cümlədən Azərbaycana səfər etməliyəm".
Azərbaycan Ordusunun kiçik çavuşunun bir neçə gün əvvəl Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülməsinə gəlincə o bildirib ki, bu məsələ ilə ATƏT-in Minsk qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kapşik məşğuldur.
Xüsusi nümayəndə həmçinin Fransa Senatında uydurma "erməni soyqırımı" barədə qəbul edilən qərardan sonra Azərbaycanda Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən kənarlaşdırılması barədə səslənən bəyanatlara da münasibət bildirib: "Ola bilər ki, bu mövzunu Azərbaycan hökuməti ilə müzakirə edək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB