Millət vəkili: “Prezidentlərin Soçi görüşü ilə bağlı daha uğurlu nəticələrin əldə olunmasını gözləyirdik”
Prezidentlərin Soçi görüşü ilə bağlı daha uğurlu nəticələrin əldə olunmasını gözləyirdik. Bunu SİA-ya açıqlamasında prezidentlərin Soçi görüşünü şərh edən millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.
Rusiya prezidenti Dmitri Medvedevin rəhbərliyi ilə bundan əvvəl də üçtərəfli görüşlər keçirildiyini deyən deputat vurğulayıb ki, artıq prezidentliyinin son aylarını yaşayan Medvedevin yaddaqalan və tarixi hadisə ilə prezidentlik kürsüsündən gedə biləcəyini və hər hansı bir konstruktiv mövqeyin əldə olunacağını düşünürdük.
"Amma təəssüf ki, görüşün sonunda yalnız birgə bəyanat qəbul olundu ki, bu da indiyə qədər olan müzakirələr və əldə olunan nəticələrdən geniş bir şey deyil. Dövlət başçısı İlham Əliyev münaqişənin sülh yolu ilə həll olunması üçün atılan addımlara doğru gedir. Bu görüşlər uğursuz nəticələnməkdə davam edərsə, uzanarsa, Azərbaycan başqa bir mövqe üçün qərar qəbul edəcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB