Ağdam və Bərdə rayonlarında 20 Yanvar faciəsinin 22-ci il dönümü qeyd edilib

Ağdam və Bərdə rayonlarında 20 Yanvar faciəsinin 22-ci il dönümü qeyd edilib

Ağdamda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə iştirak edən rayon icra hakimiyyəti başçısı Nizami Sadıqov vətən fədailərinin şücaətindən danışıb.

Daha sonra o, şəhidlərin xatirə kompleksi ziyarət edilib, məzarları önünə gül-çiçək dəstələri qoyulub. Yağmurlu və soyuq hava şəraiti şəhidlərin məzarını ziyarətə gələnlərin sayına təsir etməyib. Vətən fədailərini qərənfil yağışına tutublar. Tədbir dövlət dram teatrında davam edib.

Bərdədə 20 Yanvar faciəsinin 22-ci ildönümü qeyd olunub. Əvvəlcə Şəhidlər abidə kompleksinin önünə gül dəstələri qoyub. Mərasimdə çıxış edənlər bu qanlı tarixin Azərbaycan xalqının yaddaşından silinməyəcəyini bildiriblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başcısı Vidadi İsayev bildirib ki, azadlığı ölümü bahasına qazanan, azadlığın carçısı və ilk qaranquşları sayılan 20 Yanvar şəhidləri bizə müstəqilliyi qazandırıblar. Elə bunun nəticəsi kimi də bu gün Azərbaycan regionda ən güclü və demokratik dəyərlərə söykənən dövlətdir. İndi hər kəs əmindir ki, çox yaxın gələcəkdə Qarabağ şəhidlərinin də nigaran ruhları rahatlıq tapacaq. İşğal olunmuş Azərbaycan torpaqları son qarışınadək düşməndən geri alınacaq.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə