Bu günün tarixi, tarixin bu günü

Bu günün tarixi, tarixin bu günü

Bu gün Azərbaycanda ümumxalq matəm günüdür


1265 — Hersoq Lankaster ilk ingilis parlamentini toplayıb.


1775 - fransız riyaziyyatçı və fizik Andre Amper anadan olub.


1921 — Dağıstan MSSR yaradılıb.


1925 - komediya aktyoru Benni Hill anadan olub.


1930 - amerika astronavtı (Aya ayaq basan ikinci adam)Edvin Oldrin anadan olub.


1944 — Böyük Britaniya hərbi hava qüvvələri Berlinə 2300 ton bomba tullayıb.


1947 — Şarl De Qoll siyasətdən getdiyini elan edib və istefa verib.


1953 — General Eyzenhauer ABŞ prezidenti seçilib.


1958 - aktyor Lorenso Lamas anadan olub.


1962 - Telejurnalist Mübariz Əsgərov anadan olub.


1961 — Con Kennedi ABŞ-ın 35-ci prezidenti seçilib.


1963 - aktrisa İnqeborqa Dapkunayte anadan olub.


1977 — şair, publisist Zeynal Cabbarzadə vəfat edib.


1980 — ABŞ prezidenti Cimmi Karter Moskva Yay Olimpiadasını boykot edəcəklərini elan edib.


1981 — Ronald Reyqan ABŞ-ın 40-cı prezidenti seçilib.


1990 — SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə sovet ordusu hissələri həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə hücum edib və 150-dən artıq silahsız insanın qətlə yetirilməsinə və 100-lərlə insanın yaralanmasına səbəb olub.


1996 — Yasir Ərəfat Fələstinin prezidenti seçilib.


2003 — azərbaycanlı hakim (d. 1934) Eldar Əzimzadə vəfat edib.


2009 — Barak Obama (ABŞ-ın birinci Afro-Amerikanlı prezedenti) ABŞ prezident kimi and içdi.


2010 — Bakıda 20 Yanvar abidə-kompleksinin açılışı olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə