Səməd Seyidov: “20 yanvarda bir daha sübut olundu ki, Azərbaycan xalqı azadlıq uğrunda canından keçməyə hazırdır”

Səməd Seyidov: “20 yanvarda bir daha sübut olundu ki, Azərbaycan xalqı azadlıq uğrunda canından keçməyə hazırdır”

Bu gün Azərbaycan Dillər Universitetində 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə universitetin rektoru, millət vəkili Səməd Seyidov, müəllim və tələbə kollektivi iştirak edib. Anım mərasimi zamanı çıxış edən rektor, millət vəkili Səməd Seyidov, 20 yanvar faciəsinin Azərbaycanın müstəqillik həyatında silinməz bir şərəf izi qoyduğunu bildirib. O qeyd edib ki, illərdir faciə kimi qeyd edilən bu tarix əslində Azərbaycanın şanlı qəhrəmanlıq günüdür. Millət vəkili cəsur vətən övladlarının canı-qanı bahasına qazandırdığı müstəqilliyi heç bir kənar qüvvənin sındıra bilməyəcəyini deyib.

S.Seyidov qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, prezident İlham Əliyevin bu gün də uğurla davam etdirdiyi müstəqil Azərbaycanın dünya arenasındakı nüfuzlu yeri göz qabağındadır.


Anım mərasimində çıxış edən universitetin müəllim və professor heyəti 20 yanvarda şəhid olanların Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı uğrunda axıtdığı qanların hədər getmədiyini qeyd edib. Onlar bildirib ki, bu gün Azərbaycan o övladları ilə sözün əsl mənasında fəxr edir.


Bədii hissə ilə davam edən anım tədbirində universitetin tələbəsi olmuş və 20 yanvar faciəsinin qurbanına çevrilən Ülvi Bünyadzadənin təhsil ocağında yerləşən xatirə muzeyinə nəzər yetirilib.


Aynurə Asimqızı


Bütün xəbərlər Facebook səhifəmizdə