İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, Necdet Ünüvar 2003-cü ildə ölkəmizə səfəri zamanı ulu öndər Heydər Əliyevlə görüşünü ehtiramla xatırladıb. O, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri kimi ölkələrarası, o cümlədən parlamentlərarası əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB