Prezident İlham Əliyev Gürcüstan nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Gürcüstan nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu bildirib. Ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi və investisiya qoyuluşu sahələrində yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Fridon Todua ölkəmizə ikinci dəfə səfər etdiyini və ötən dövr ərzində Azərbaycanda çox böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə