"Təhlükəsiz yol" Alyansı bu gündən "Diqqət Yol Polisi" aylığına başlayır. SİA-nın məlumatına görə, layihənin keçirilməsindən əsas məqsəd son zamanlar Alyansın üzvü olan Birgə İşçi Qrupunun "Qaynar xətt" xidmətinə vətəndaşların DYP əməkdaşlarının fəaliyyəti ilə bağlı şikayətlərinin artmasıdır. Şikayətlərin statistikasına görə, yol hərəkəti qaydalarının pozulması zamanı şişirdilən cərimələr, yollarda mülki avtomobildə quraşdırılan xidməti radarlar, Yol Patrul Xidməti əməkdaşlarının etik davranış qaydalarının pozulması halları, habelə yol qəzalarına səbəb olan infrastruktur problemləri ön sıradadır.
Bildirilir ki, daxil olan şikayətlərin məzmununa əsasən belə qənaətə gəlinir ki, tək Yol Patrul Xidməti əməkdaşlarının fəaliyyətində deyil, eyni zamanda Yol Polisinin elektron xidmətlər sahəsindəki sistemində mövcud olan boşluqlar çoxluq təşkil edir. Belə ki, banklara ödənilən cərimələrin sistem tərəfindən qeydə alınmaması, Təhlükəsiz Şəhər xidmət kameraları vasitəsi ilə qeydə alınan yol hərəkəti qaydasının pozulmasına yol verən sürücülərin sonradan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi idarəsinə dəvət olunması və orada üzləşdiyi problemlər korrupsiya faktına yol açır.
"Diqqət Yol Polisi" aylığı layihəsinin keçirilməsindən əsas məqsəd isə məhz Yol Patrul Xidməti əməkdaşlarının qanunsuz hərəkətlərinin qarşısının alınması, sürücülərin maarifləndirilməsi və ən önəmlisi bu problemlərin miqyasının ölçülməsidir.
Dövlət Yol Polisi əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı sürücülər şikayətini "Təhlükəsiz Yol" Alyansının üzvü olan Birgə İşçi Qrupunun "Qaynar Xətt" xidmətinə, şəhər telefonundan 408 30 17 və 408 30 27, mobil telefonlardan (088) 408 30 17 və (088) 408 30 27 saylı nömrələrə zəng edib və ya yazılı formada Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küç. 96 ünvanına bildirə bilər.
"Təhlükəsiz Yol" Alyansı vətəndaşları baş verənlərə etinasız yanaşmamağa və problemlərin həll olunmasında daha ayıq olmağa çağırır.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB