Paytaxtda hava küləkli olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, bəzi yerlərdə çiskinli, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə, yanvarın 13-dən 14-nə keçən gecə hava şəraitinin bəzi yerlərdə az yağıntılı olacağı, səhər kəsiləcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək. Milli Hidrometeorologiya Departamenti hava haqqında qısa icmalı da açıqlayıb. Yanvarın 14-ü gündüz, 15-də əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin arabir güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə nisbətən yüksələcəyi gözlənilir.


Bütün xəbərlər Facebook səhifəmizdə