Şəmkir Sərhət Dəstəsinin Heyvalı sərhəd zastavasının açılış mərasimi keçirilib
Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsinin Heyvalı sərhəd zastavasının açılış mərasimi keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli rəsmiləri və bir sıra nümayəndələr iştirak edib. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişinə əsasən bu gün bütün silahlı qüvvələrdə olduğu kimi Dövlət Sərhəd Xidmətinin maddi texniki təminatının yüksəldilməsi istiqamətində də geniş tədlbirlər görülür. Məhz ən müasir standartlara uycun şəkildə istifadəyə verilən yeni zastava da deyilənlərin bariz nümunəsidir.
Tədbirin rəsmi hissəndən sonra zastavada yaradılan şəraitlə tanışlıq olub, əsgər və zabitlərin yaşadığı binalara baxış keçirilib. Heyvalı sərhəd zastavası Azərbaycan Gürcüstan sərhəddinin Samux rayon himssəsindən keçən ərazini qoruyur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB