Bayram günlərində Azərbaycanda 68 yol-qəza hadisəsi baş verib. Dövlət Yol Polis İdarəsindən SİA-ya verilən məlumata görə, baş verən qəza zamanı 31 nəfər dünyasını dəyişib, 85 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daha ağır qəzalar Şamaxı rayonu ərazisində baş verib. Belə ki, "Nissan Qaşqay" və "Mersedes-250" markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bakı-Şamaxı yolunda isə "Leksus" və "Opel" markalı maşınların toqquşması 3 nəfərin ölümünə, 2 nəfərin isə yaralanmasına səbəb olub.
Yanvarın 3-də Vaqif Mürvətovun idarə etdiyi "Daewoo" markalı avtomobil isə Məlahət Hümbətova adlı piyadanı vurub. Piyada hadisə yerindəcə dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB