Avtovağzaldan istifadə edən sərnişinlərin sayı 9 minə çatıb

Avtovağzaldan istifadə edən sərnişinlərin sayı 9 minə çatıb

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayram ilə əlaqədar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalı gücləndirilmiş iş rejimində işləyir. Son 3 gündə sərnişinlər sıxlığı müşahidə edilir. Adi günlərdə 4500 sərnişin rayonlara gedirdisə, son üç ərzində onların sayı 9 minə çatıb. Avtovağzaldan SİA-ya verilən məlumata görə, əhalinin bölgələrə axınını nəzərə alaraq xəttə əlavə avtobuslar buraxılıb: "Vəziyyət nəzarətdədir. Hansı bölgədə sərnişin sıxlığı yaranarsa, həmin istiqamətdəki xətlərə marşrutlar əlavə olunur. Onu da deyək ki, bayram günlərində biletlərin qiymətində heç bir dəyişiklik yoxdur.


Qeyd edə ki, avtovağzalda biletlərin qiymətində heç bir artım yoxdur. Sərnişinlərin nəzərinə çatdırırıq ki, avtobuslar gecə saatlarında yola çıxmır.

Bütün xəbərlər Facebook səhifəmizdə