Azərbaycan əhalisinin mütləq əksəriyyəti Azərbaycan Prezident İlham Əliyevi
dəstəkləyir. \"Rəy\" Monitorinq Mərkəzinin bu günlərdə keçirdiyi ümummilli ictimai rəy
sorğusunun nəticələri bundan xəbər verir. Mərkəzdən SİA-ya verilən məlumata görə, məlum olub ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, seçicilərin mütləq
əksəriyyəti - 90%-ə yaxını öz səslərini hazırki dövlət başçısına verərdi.
O cümlədən, əhalisi daha çox tənqidi yanaşması ilə seçilən Bakı şəhərində sorğuda iştirak edənlərin 84,1%-i öz səslərini İlham Əliyevə verməyə hazır olduqlarını bildiriblər.
Respondentlərin 85,5%-i Prezident İlham Əliyevin onların maraqlarına tam və ya qismən cavab
verdiyini və yalnız 8%-i bunun əksini bildirib. Təxminən 7% cavab verməkdə çətinlik çəkib.
Sorğunun nəticələrinə görə, seçicilərin 92,4%-i İlham Əliyevə etibar edir, 72,2%-i isə ölkə prezidenti postunda ona alternativ görmür.
Bakı şəhəri üzrə bu göstəricilər müvafiq olaraq 87,5% və 69,5% təşkil edir. Rəyi soruşulanların əksəriyyəti (78%) bildirib ki, qarşıdakı bazar günü prezident seçkiləri keçirilsəydi, onlar səsverməyə qatılardılar. Yalnız 5%-ə yaxın respondent səsverməyə qatılmayacağını və daha 12,7% suala cavab verməkdən yayınıb.
Bakı şəhəri üzrə bu göstəricilər bir qədər fərqlidir: müvafiq olaraq 72,8% və 15%. Hesabat 2011-ci il dekabrın 16-19-da keçirilmiş ictimai rəy sorğusunun nəticələrinə əsasən hazırlanıb.
Üzbəüz müsahibə yolu ilə keçirilən tədqiqata yaşı 18 və yuxarı olan 1500 nəfər cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB