Paytax yeni ilə hazırlaşır

Azərbaycanın müxtəlif yerlərində olduğu kimi paytaxt əhalisi də yeni ilin gəlişini böyük səbirsizliklə gözləyir. SİA-nın xəbərinə görə, şəhərdə quraşdırılan yolkalar, nağıl qəhrəmanları olan Şaxta baba və Qar qızın, 2012-ci ilin qəhramanı Əjdahanın balacaları sevindirəcək duzlu-məzəli lətifələri, nağılları yeni ilin artıq bir addımlığında olduğundan xəbər verir. Bayramın gəlişi daha çox balaca fidanların və valideynlərin ürəyincə olub. Kimi istirahət üçün nağıl qəhrəmanları ilə rəqs edir, kimi şer söyləyir, kimi də bu anları tarixi yaddaşlara həkk etdirmək üçün şəkil çəkdirirdi. Əsərin nağıl qəhrəmanı yəni 2012-c ilin simvoli əjdaha da ürəyindəki arzuları bizlərlə bölüşərək, bu ilin ötən ilə nisbətən tam fərqli şəkildə keçməsini dedi. Qeyd edək ki, ölkəmizdə olduğu kimi dünyanın hər yerində də bütün insanlar yeni ili öz adət-ənənəsinə uyğun şəkildə qarşılayır.

Bütün xəbərlər Facebook səhifəmizdə