Səttar Mehbalıyev: “Sanatoriyalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi məsələsi gündəmdən çıxmayıb” - AÇIQLAMA

Səttar Mehbalıyev: “Sanatoriyalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi məsələsi gündəmdən çıxmayıb” - AÇIQLAMA

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində olan sanatoriyalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi məsələsi gündəmdən çıxmayıb". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev verib.

AHİK sədri bildirib ki, müalicə müəssisələrində məskunlaşan məcburi köçkünlərin digər yerlərə köçürülməsi prosesi hələ tam həyata keçirilməyib: "Bütün bunlara baxmayaraq, qurumun nəzdində olan "Bilgəh", "Günəşli", "Abşeron" sanatoriyalarında təmir-bərpa işləri yekunlaşıb. "Qaranquş" sanatoriyasında isə 60 nəfərlik yeni korpus tikilib".


S.Mehbalıyev bildirib ki, bu proses davam etdiriləcək. Artıq həmkarlar ittifaqının vəsaiti hesabına Buzovna qəsəbəsində 80 nəfərlik yeni bir istirahət mərkəzi alınıb: "Bu istirahət mərkəzi vaxtilə fiziki şəxsə məxsus olub. Artıq həmin müəssisə alınıb və işçilərin istifadəsinə veriləcək. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərəcək 280 nəfərlik müasir tipli istirahət mərkəzinin də inşası başlayıb. Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən bu istirahət mərkəzində elektrik və qaz xətlərinin çəkilişi prosesi gedir. Yəqin ki, gələn il bu istirahət müəssisəsi təhsil işçilərinin istifadəsinə veriləcək".


Bütün xəbərlər Facebook səhifəmizdə