Fransa qondarma \"soyqırımı\" haqqında qanunu qəbul etdi SON XƏBƏR
Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya uydurma "erməni soyqırımı" da daxil olmaqla Fransa qanunvericiliyi tərəfindən tanınan soyqırımların mövcudluğunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hakim partiyanın üzvü Valeri Buaye və 40-a yaxın həmkarları tərəfindən bu ilin oktyabrında Fransa parlamentinə təqdim edilən və bu gün qəbul olunmuş bu qanuna əsasən uydurma "erməni soyqırımı"nı inkar edənlərin 1 il həbs cəzasına məhkum edilməsi və ya 45 min avro məbləğində cərimələnməsi nəzərdə tutulur. Qanun layihəsi Fransa parlamentində çoxluq təşkil edən hakim partiya üzvləri tərəfindən təklif olunub, hökumət də öz növbəsində qanunun qəbuluna tərəfdar olduğunu açıqlayıb. Müzakirələrdə çıxış edən deputatların əksəriyyəti bu sənədin qəbul edilməsinə çağırıblar. 577 nəfəır parlament üzvündən 50 nəfərin iştirakı ilə keçirilən iclasda 38 nəfər üzvün səsi əsasında qanun laihəsi qəbul edilib. Sənədin qəbul olunmasına qarşı çıxan deputatlar Fransa qanunvericiliyin tarixi məsələlərə qarışmamağa çağıraraq, ölkələrinin öz tarixində belə utandırıcı səhifələrin olduğunu həmkarlarına xatırladıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB