Fransa "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza nəzərdə tutan qanun layihəsini qəbul edərsə, Türkiyə Fransaya qarşı mərhələ-mərhələ əks addımlar atacaq. SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Ərdoğan hansı addımların atılacağını bu gün bəyan edəcəyini bildirib: "Verəcəyim açıqlamada çox güman ki, ilk mərhələdə atacağımız addımları sonra 2-ci və 3-cü mərhələdə həyata keçiriləcək sanksiyaları da açıqlayacağam. Sarkozinin səs toplamaq üçün atdığı bu addım Türkiyə - Fransa münasibətlərinə zərər verəcək. Yaxşı ki, hazırda sosial-demokrat düşüncəyə sahib bir quruluş var. Hesab edirəm ki, bu quruluş mövcud hakimiyyətin atdığı addımı yaxşı dəyərləndirər, senat daha əvvəl olduğu kimi bu səhvi düzəldər və Türkiyə - Fransa münasibətləri həmişəki kimi davam edər".
Fransada olan türk əhalinin ermənilərdən daha çox olduğunu bildirən Ərdoğan: "Bu gün Fransada 500 000 erməni varsa 550 000 türk vətəndaşımız var. Həmçinin bildirirəm ki, Fransada bizim fikirlərimizi bölüşən bəlkə də 2, 3, 4 milyon insan var. Bütün bu insanlar atılan səhv addımı bilmirdilər. Amma hesab edirəm ki, sabah bu qanun qəbul edilərsə fransızların arasında da əks reaksiya çoxalacaq"-deyə, o əlavə edib.
Rəcəb Tayyib Ərdoğan həmçinin Fransa prezidenti Sarkozinin Abdullah Gülün telefonlarına cavab verməməsini uğursuz diplomatiya kimi qiymətləndirib. "Bu, uğursuz bir diplomatiyadır. Sarkozi öz şəxsiyyətini nümayiş etdirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB