İlham Əliyev Mixail Saakaşviliyə zəng edib

İlham Əliyev Mixail Saakaşviliyə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstan Prezidenti Mixail Saakaşviliyə telefonla zəng edib. SİA-nın prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı Mixail Saakaşvilini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Gürcüstan Prezidenti təbrikə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə