Sabah 2020-ci il Olimpiya oyunları üçün Bakının loqosu təqdim olunacaq
Yay Olimpiya oyunlarını keçirməyə namizəd şəhər kimi Bakının loqosunun təqdimatı olacaq. SİA-nın xəbərinə görə, bunu Bakı Olimpiya-2020 təşkilat komitəsinin icraçı direktoru Könül Nurullayeva deyib.
O qeyd edib ki, təqdimetmə mərasimi sabah olacaq: "2020-ci il Yay Olimpiya oyunlarını keçirmək üçün 6 şəhər - Doha, Madrid, İstanbul, Roma, Tokio və Bakı namizədliklərini irəli sürüb. Bunlardan hələlik yalnız Tokio rəsmi olaraq öz loqosunun təqdimatını keçirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB