Türkiyə parlamentarilərindən ibarət nümayəndə heyəti Parisə gedib

Fransa parlamentində qondarma \"erməni soyqırımı\"nın tanınmasının inkar edilməsini qadağan edən qanun layihəsi ilə əlaqədar Türkiyə parlamentarilərindən ibarət nümayəndə heyəti Parisə gedib. SİA-nın "Zaman\" qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti bir sıra görüşlər həyata keçirəcək.

Volkan Bozkır bildirib ki, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti bu gün Fransa parlamentinin xarici əlaqələr komitəsinin sədri Aksel Ponyatovski ilə görüşəcək. Sosialistlər partiyası və Türkiyə-Fransa dostluq qrupunun bəzi nümayəndələri ilə də danışıqlar aparılacaq. Eyni zamanda Türkiyə heyətinin Fransa prezidenti Nikolya Sarkozinin diplomatik təmsilçisi Jan-David Levit və Fransanın xarici işlər naziri Alen Jüpe ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, qanun layihəsinin dekabrın 22-si Fransa parlamentində səsverməyə qoyulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə