Millət vəkili: “Minsk qrupu üzərinə götürdüyü missiyanı sonuna qədər həyata keçirməlidir”
\"Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ münaqişəsi öz həllini tapa bilmir\". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. O bildirib ki, BMT-nin 4 qətnaməsinin mövcud olmasına baxmayaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və ölkəmiz işğal altında qalan, torpaqları işğal edilən, əraziləri yandırılan, vətəndaşı məcburi köçkün vəziyyətinə salınan və dözülməz şərtlər altında yaşamağa məcbur edilən bir ölkədir: "Azərbaycanın prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi Azərbaycan danışıq masası arxasında səbrlə illərdən bəri oturur, münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlarından istifadə edir. Lakin erməni tərəfi bilməlidir ki, Azərbaycan xalqının səbr kasası var. Ölkə prezidentinin çox açıq şəkildə bəyan etdiyi kimi Azərbaycan öz torpaqları uğrunda mübarizəyə hər zaman hazırdır. İllərdən bəri xalqımız özünə xas olan səbrlə gözləyib ki, bu problem qansız öz həllini tapacaq. Ancaq bu, ikili standartlarla Azərbaycana yanaşan dövlətlərin marağında deyil. Ona görə prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu prosesdə bütün qüvvələr, vasitələr tükənərsə, Azərbaycan təbii ki, öz torpaqlarını müharibə, hərb yolu ilə almağa qadirdir. Təbii ki, biz bunu istəmirik. Amma heç bir çarə qalmadıqda müharibə vəziyyətinə də hazırıq".
Münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə toxunan J.Əliyeva vurğulayıb ki, Minsk qrupu üzərinə götürdüyü missiyanı sonuna qədər həyata keçirməlidir: "Ancaq sona qədər həyata keçirmək sonsuzluğa qədər həyata keçirmək demək deyil. Bu təşəbbüsü öz üzərilərinə götürüblərsə, haqlını haqlı, haqsızı haqsız yerinə qoymalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB