Qaz partlayışları və boğulmaların əsas səbəkarı kimdir? - ARAŞDIRMA

Qaz partlayışları və boğulmaların əsas səbəkarı kimdir? - ARAŞDIRMA

Hər il olduğu kimi bu il də qış mövsümündə qaz partlayışlarının sayı durmadan artır. Demək olar ki, hər gün qaz partlayışları və ya təbii qazdan boğulmalar can almaqda davam edir. Mütəxəssislər bunu insanların təhlükəli qazdan istifadə ilə bağlı təhlükəsizlik qaydalarına düzgün şəkildə əməl etməmələri ilə əlaqələndirir.

"Azəriqaz" İstehsalat Birliyinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi Abbasəli Quliyev SİA-ya açıqlamaısnda bildirib ki, təbii qazla işləyən qaz cihazları ilə işləyərkən təhlükəsizlik qaydalarnın tələblərinə tam riayət edilməlidir. Onun sözlərinə görə, bu əks halda xoşagəlməz hadisələrlə nəticələnə bilər: "Odur ki, təbii qazla istifadə edərkən uzun zamanlar bundan öncə yaradılan təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Qaydalar ildən-ilə təkmilləşir. Bu barədə "AZƏRİQAZ" tərəfindən istehlakçılara mütəmadi olaraq məlumat verilir. Bütün normativ sənədləri daha sadə dildə yazılmış yaddaş bukletləri vasitəsilə vətəndaşlara çatıdırılır. Bu istiqamətdə aparılan və davam etdirilən maarifləndirmə işləri həm miqyası, həm də keyfiyyəti yüksəlməlidir. Əhalidən də xahişimiz odur ki, təhlükəsizlik qaydalarını oxumaq, öyrənmək və ən əsası əməllərini həyatda tətbiq etmək lazımdır. Onları bilmək azdır, həqiqətən həyatda tətbiq etmək gərəkir".

A.Quliyev qeyd edib ki, azyaşlı uşaqların təbii qazdan istifadə etməsinə icazə veirlməməlidir: "Eyni zamanda, qaz cihazlaırnın normal və işlək vəziyyətdə olmasına icazə verilməsin. Qaz cihazının işləməsində hansısa müəyyən texniki problemlər varsa, bu barədə ətraflı məlumat versinlər".

Mənzil daxili problemlərə gəlincə "Azəriqaz" rəsmisi vurğulayıb ki. ventilasiya kanalı və tüstü bacalarını normal vəziyyətdə işləməsi üçün fəsillərdən asılı olaraq mənzil istismar sahələrinə müraciət etmək lazımdır: "Mənzil istismar sahələri öz növbəsində dövlətdən lisensziyası olan ixtisaslaşmış təşkilatlarla müqavilə əsasında tüstü bacalarının və ventilasiyaların təmizlənməsi lazım gələrsə, onların təmir edilməsi məsələləri ilə məşğul olurlar. Yerli şəhər və rayon icra hakimiyyətinlərində komissiya yaradılıb və onlar məlumat daxil olan kimi məsələnin müsbət həllini təşkil edirlər. Bu hadisələrin araşdırılması da həmin komissiyalara həvalə edilir. Birlik olaraq mənzildaxili qaz kəmərləri onlar üzərində avadanlıqların və qaz cihazlarının texniki baxışlarını ildə 2 dəfə keçirilir. Bu zaman hanısısa nöqsan və qüsurlar varsa, bu barədə yerindəcə akt tərtib olunur, abunəçi yenidən təlimatlandırılır. Baş verə biləcək hadisələr barədə onlara məlumat verilir. Ilin qalan günləri mənzil sahibləri özləri qaz cihazları üzərindəki avadanlığın normal vəziyyətdə olması, istismar qaydalarına riayət edrək istifadə edilməsi onlara tövsiyə olunur".

A.Quliyev qeyd edib ki, təbii qazla işləyən cihazları alarkən diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, yalnız uyğunluq sertifikatı olan qaz cihazlarını almaq məsləhət görülür, çünki uyğunluq sertifikatı olmayan qaz cihazlarından istifadə edərkən bunun özü də ağır fəsadlarla nəticələnə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə