Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında əsasnaməyə dəyişiklik edib
Milli Məclis Azərbaycan Respublikası 1997-ci il 30 dekabr tarixli 421-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında əsasnamə"yə dəyişiklik edib.
SİA-nın verdiyi xəbərə görə, layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Həmçinin Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, həmin şəxsə Azərbaycanın hüdudlarından kənara çıxmaq üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilir.
Qeyd edək ki, dəyişiklik səsə qoyularaq təsdiqlənib.
Cabir Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB