Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. SİA məlumatı partiyanın mətbuat xidmətindən alıb.

İclasda bir sıra məsələlər müzakirə edilib. YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarında Nizamnaməyə uyğun olaraq keçirilən növbəti hesabat-seçki yığıncaqlarının gedişi haqqında məlumat verib.

Sonra Yeni Azərbaycan Partiyası tərəfindən "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçiriləcək beynəlxalq konfrans haqqında ətraflı fikir mübadiləsi aparılıb.

İdarə Heyətində çıxışlar zamanı bildirilib ki, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri getdikcə genişlənir. Bu gün partiya bir sıra ölkələrin siyasi təşkilatları ilə ikitərəfli əlaqələrə malikdir. Qeyd edilib ki, bu qəbildən olan tədbirlər partiyanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və bu istiqamətdə əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəkdir.

İdarə Heyətində həmçinin bir sıra cari məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə