Xələf Xələfov: “Azərbaycan və Rusiya tərəfi müqavilənin müddətinin uzadılması barədə danışıqlar aparmalıdır”

Xələf Xələfov: “Azərbaycan və Rusiya tərəfi müqavilənin müddətinin uzadılması barədə danışıqlar aparmalıdır”

\"Qəbələ Radiolokasiya Stansiyasının Rusiyaya icarəyə verilməsi barədə müqavilənin müddəti gələn il bitir. Azərbaycan və Rusiya tərəfi müqavilənin müddətinin uzadılması barədə danışıqlar aparmalıdır. Müqavilənin müddəti ya uzadıla, ya dəyişikliklər edilməklə uzadıla, ya da ümumiyyətlə, uzadılmaya bilər. SİA-nın xəbərinə görə, bunu bugün jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Hazırda Qəbələ RLS-lə bağlı danışıqların Azərbaycan və Rusiyanın Müdafiə nazirlikləri səviyyəsində aparıldığını deyən nazir müavini daha sonra hökumətlər səviyyəsində danışıqların başlanacağını qeyd edib. Nazir müavini onu da deyib ki, hazırda aparılan danışıqlar məsləhətləşmə xarakteri daşıyır. Xələf Xələfov bütün məsələlərin kompleks şəkildə vahid sənəd çərçivəsində əksini tapacağını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə