Azərbaycanın ABŞ-dakı səfiri Dövlət Katibinin birinci müavini ilə görüşüb
Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli Səfiri Elin Süleymanov bazar ertəsi günü ABŞ Dövlət Katibinin birinci müavini Uilyam Börns ilə görüşərək etimadnaməsinin surətini ona təqdim edib. Bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyindən məlumat verilib.
Təqdimat mərasimindən sonra aparılmış söhbət zamanı tərəflər Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın bütün sahələrdə müsbət inkişafını məmnunluqla qeyd edib və gələcəkdə bu əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB