Cozef Bayden: “Türkiyə-Ermənistan protokollarının TBMM-nin gündəliyinə salınmasından məmnunuq”

Cozef Bayden: “Türkiyə-Ermənistan protokollarının TBMM-nin gündəliyinə salınmasından məmnunuq”

Türkiyə Prezidenti Abdulla Gül ilə ABŞ-ın vitse-prezidenti Cozef Baydenin görüşündə terror təşkilatı PKK, Suriya, İraq, İran, Türkiyə-İsrail münasibətləri, Türkiyə-Ermənistan əlaqələri və digər mövzuları müzakirə edib.

SİA-nın "Huriyyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Amerika rəhbərliyindən yüksək vəzifəli şəxs jurnalistlərə deyib ki, Gül-Bayden görüşünə 1 saat ayrılmasına baxmayaraq, görüş 2 saata yaxın davam edib. Görüşdə Türkiyə-Ermənistan əlaqələri müzakirə edilib. C.Bayden protokolların Türkiyə Böyük Millət Məclisinin gündəliyinə salınmasından məmnunluğunu bildirib və TBMM-nin bu mövzuda addım atacağına ümid bəslədiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə