Ümumdünya AİDS-lə Mübarizə Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilir

Ümumdünya AİDS-lə Mübarizə Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilir

Gənclər üçün Təhsil Mərkəzi 1 dekabr - Ümumdünya AİDS-lə Mübarizə Günü ilə əlaqədar ölkənin bir sıra regionlarında maarifləndirici tədbirlərin keçirilməsinə başlayıb. SİA-nın xəbərinə görə, Biləsuvar, Cəlilabad və Füzuli rayonlarında bu gün keçirilmiş paralel tədbirlərin əsas məqsədi gənclərin AİDS təhlükəsi və onunla mübarizə yolları haqqında məlumatlanmasına, eyni zamanda onların belə mübarizə tədbirlərində fəal olmasına şərait yaratmaq idi.

Təşkil edilən tədbirlərdə həkimlər, o cümlədən Mərkəz nümayəndələri tərəfindən gənclərə AİDS epidemiyası haqqında dolğun informasiyalar verilib, zəruri nəşrlər paylanıb. Belə maarifləndirici tədbirlərin bundan sonra da digər ucqar rayonlarda təşkili planlaşdırılır. Çünki, bu tip tədbirlər adətən iri rayon və şəhərlərdə keçirilsə də, ucqar regionlar diqqətdən kənarda qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə