Prezident İlham Əliyev Braziliyanın ölkəmizdəki səfirini qəbul edib

Prezident İlham Əliyev Braziliyanın ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paula Antonio Pereire Pintonun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğu bildirildi, ölkələrimizin əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən müasir texnologiyaların tətbiqi sahəsində genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə