Bərdədə keçirilən bələdiyyə seçkiləri şəffaf və demokratik şəraitdə davam edir
Özünüidarəetmə orqanlarına keçirilən səsvermə prosesi Bərdə rayonunda öz axarı ilə davam edir.
SİA-nın bölgə müxbirinin 93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasından aldığı məlumata görə, Həsənqaya, Güloğlular, Seyid Yusifli, Mirzəxan–Qaraqoyunlu, İkinci Hacallı bələdiyyələrinə 7 bələdiyyə üzvü yerinə keçirilən seçkilərdə 22 namizəd mübarizə aparır. 8 məntəqədə səs verəcək seçicilərin ümumi sayı 4 min 530 nəfərdir. Saat 12.00-dək seçicilərin 612 nəfəri – 13,5 faizi səsvermədə iştirak etmişdir. Heç bir qanun pozuntusu qeydə alınmayıb.
94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasının sədri Asif Hüseynov bildirib ki, seçkilər dairə üzrə Qarayusifli, Xəsili, Hacıəhmədli, Şirvanlı, Mehdili, Məmmədli, Mollalı, Qaradəmirçi bələdiyyələrinə 10 bələdiyyə üzvü yerinə keçirilir. 10 məntəqədə keçirilən seçkilər şəffaf və demokratik şəraitdə davam edir. Səsvermə hüququ olan sakinlər seçki məntəqələrinə gələrək azad, sərbəst seçimlərini edirlər. Saat 12.00-dək seçici siyahılarında olan 8 min 440 nəfərin 1194-ü (14,1 faizi) səs verib. Seçkilərin gedişini izləmək üçün 100 müşahidəçi qeydiyyatdan keçib. Hələlik dairə seçki komissiyasına heç bir qanun pozuntusu barədə məlumat, şikayət daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB