Bu günün tarixi
1520 — Səyyah Ferdinand Magellan Amerikanın ən cənub nöqtəsi olan Magellan boğazını keçərək Sakit okeana daxil olmuşdur.

1789 — Fransız həkim Jozef Qilyotin ölüm alətini – qilyotini Fransa Məclisinə təqdim etmişdir. Bu bədnam alətin iş prinsipindən hazırda metal və kağız kəsən maşınlar düzəltmək üçün istifadə olunur.

1820 — alman filosof, iqtisadçı Fridrix Engels anadan olub.

1821 — rus şair Nikolay Nekrasov anadan olub.

1829 — rus bəstəkarı Anton Rubinşteyn anadan olub.

1859 — tanınmış Amerika yazıçısı, tarixçi, siyasətçi Vaşinqton İrvinq vəfat edib.

1893 — Qadınlar ilk dəfə olaraq Yeni Zelandiyada seçkidə iştirak etmişlər.

1909 — Fransa hökuməti doğuş keçirən qadınlara 8 həftə ödənişsiz məzuniyyət hüququ vermişdir.

1912 — Albaniya Osmanlı İmperiyasından müstəqilliyini elan etmişdir.

1912 — Rusiyada IV Dövlət Duması fəaliyyətə başlamışdır.

1918 — Sovet Rusiyası qoşunları Estoniyaya hücum etmişdir.

1924 — İlk Fənərbaxça-Beşiktaş matçı keçirilmiş, oyun 2-0 hesabı ilə Fənərbaxçanın xeyrinə başa çatmışdır.

1938 — Atatürkün tarixi vəsiyyətnaməsi açıqlanmışdır.

1938 — İran Fransa ilə əlaqələri kəsmişdir.

1943 — SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Tehran konfransı başlamışdır.

1945 — Ermənistan rəhbəri H.Arutyunov Stalinə müraciət edərək Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsini xahiş edir.

1958 — Çad, Konqo, Qabon, Mali, Mavritaniya və Seneqal müstəqilliklərini elan etmişlər.

1969 — İtaliyada boşanma qanuniləşdirilmişdir.

1977 — Yeni Zelandiyaya məxsus təyyarə qəzaya uğramış, 257 nəfər həlak olmuşdur.

1991 — Arkadi Volskinin rəhbərlik etdiyi qondarma "Dağlıq Qarabağ üzrə Xüsusi İdarə Komitəsi" ləğv edilmişdir.

1994 — Norveçlilər referendumda Avropa Birliyinə daxil olmağın əleyhinə səs vermişlər.

2000 — Niderland parlamenti evtanaziyanı qanuniləşdirmişdir.

2002 — Abdulla Gül Türkiyənin 58-ci hökumətini qurmuşdur.

2006 — Roma Papası XVI Benedikt xristianlığa aid müqəddəs yerləri görmək üçün Türkiyəyə gəlmişdir.

2007 — Rəcəb Təyyub Ərdoğan türk silahlı qüvvələrinə İraqda əməliyyat aparmağa icazə vermişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə