Putinə qarşı çıxan tapılmadı

"Vahid Rusiya" nümayəndələrinin gizli səsverməsindən sonra 2012-ci ilin mart ayında keçiriləcək prezident seçkilərində əsas favorit qismində kimin çıxış edəcəyi məlum olub. Hamının gözlədiyi kimi bu, Vladimir Putindir. "Vahid Rusiya" partiyası məhz onun namizədliyini irəli sürü.


Rusiya mətbuatının yazdığına görə, 614 bülletenlərin hamısında Putinin adı qeyd olunmuşdu.


Səsvermədən sonra Rusiyanın hakim partiyasının qurultayının keçirildiyi "Lujniki" idman kompleksinin səhnəsinə Putin dəvət edilib. Öz tərəfdarlarına minnətdarlığını ifadə edən baş nazir bəyan edib ki, prezident seçiləcəyi təqdirdə, ölkəsinin gələcəyi naminə əlindən gələni əsirgəməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə