Azərbaycan Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadə ağır yol qəzasına düşüb. SİA-nın məlumatına görə, hadısə ayın 25-i axşam saatlarında baş verib. Belə ki, Binəqədi rayonu ərazisində, Cəfər Xəndan və Gəraybəyli küçələrinin kəsişməsində 10 HS 094 dövlət qeydiyyat nişanlı "Mercedes" və Z.Səmədzadənin olduğu 10 AA 411 nömrə nişanlı "Nissan" toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri - 1979-cu il təvəllüdlü İsmayılov Mübariz Yaqub oğlu və 1957-ci il təvəllüdlü Musayev Mahir Məhəmməd oğlu, həmçinin 1940-cı ildə Bakı şəhərinin Buzovna kəndində anadan olmuş Səmədzadə Ziyad Əliabbas oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
İlkin versiyaya görə, qəzaya "Mercedes"in qəflətən "Nissan"ın qarşısına çıxması səbəb olub.
Artıq deputat Z.Səmədzadənin həyatına yaranmış təhlükə sovuşub. Faktla əlaqədar Binəqədi RPİ-də araşdırma başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB