Fransalı Jak Foq ATƏT-in Minsk qrupunun yeni həmsədri olacaq

Fransalı Jak Foq ATƏT-in Minsk qrupunun yeni həmsədri olacaq

Fransa Strateji Araşdırmalar Fondunun Qafqaz, Türkiyə, İran və Rusiya üzrə eksperti, politoloq Kays Minasyan bildirib ki, ATƏT-in Minsk qrupunun hazırki həmsədri Bernar Fasye bu ilin noyabrında regiona son səfərini edəcək. SİA-nın erməni mətbuatına verdiyi xəbərə görə, o deyib ki, ATƏT-in Minsk qrupunun yeni həmsədri əvvəllər Fransanın Ukraynadakı səfiri vəzifəsində çalışmış Jak Foq olacaq.

Jak Foq 1977-80-cı illədə Fransa XİN aparatında çalışıb, 1980-81-ci illərdə Fransanın Varşavadakı səfirliyində II katib vəzifəsində, 1981-85-ci illərdə isə eyni səfrilikdə I katib vəzifəsində işləyib. 1989-92-ci illərdə Fransa XİN-in Şərqi və Mərkəzi Avropa üzrə idarəsini rəhbəri vəzifəsinin icraçısı olan diplomat 1992-ci ildən etibarən həmin idarəyə rəhbər təyin olunub.

Fransalı diplomat 1992-94-cü illərdə Fransanın Albaniyadakı, 1994-98-ci illərdə isə Estoniyadakı səfiri olub. 1998-2003-cü illər arası Fransa XİN mərkəzi aparatının şərq tərəfdaşlığı şöbəsinin sədr müavini olmuş J.Foq, 2003-2007-ci illərdə Fransanın Slovakiyadakı səfiri, 2007-2008-ci illərdə Fransa XİN-in Avropa şöbəsininn rəhbəri, 2008-ci ildən 2011-ci ilədək isə Kiyevdə səfir vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə