İlham Əliyev Norveçin “Statoil Hydro” şirkətinin baş icraçı direktorunu qəbul edib

İlham Əliyev Norveçin “Statoil Hydro” şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Norveçin "Statoil Hydro" şirkətinin Baş icraçı direktoru Helge Lundu qəbul edib. SİA-nın xəbərinə görə, "Statoil Hydro" şirkətinin baş icraçı direktoru Helge Lund Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunması münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, dövlətimizin başçısı ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Helge Lund təmsil etdiyi "Statoil Hydro" şirkətinin Azərbaycandakı fəaliyyətinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq edib. Azərbaycan Prezidenti "Statoil Hydro" şirkətinin ölkəmizdəki uğurlu fəaliyyətini yüksək qiymətləndirib. Görüşdə "Statoil Hydro" şirkətinin Azərbaycandakı birgə layihələrdə iştirakı və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə