YAP-ın Gənclər Təşkilatının üzvləri Bayraq Meydanını ziyarət etdilər
2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmüşdu. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən böyük bayrağıdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Abidə kompleksində Dövlət Bayrağı Muzeyi də yaradılıb ki, burada Azərbaycanın ən şərəfli tarixi eksponatları saxlanılır. Bura gələn ziyarətçilər müzeydə qədim Azərbaycan dövlətlərinin bayraqlarını, gümüş və tuncdan hazırlanan qədim dirhəm və sikkələrini, döyüş silah-sursatlarını, orden və medallarını seyr edə bilərlər.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, nümayiş etdirilir. Muzeyin direktoru Pərvin Gözəlov deyir ki, muzey yeni yaradılmasına baxmayaraq bura tarixinə və bayrağına dəyər verən kifayət qədər ziyarətçi gəlir. Ziyarətçilərin ən cox maraqına səbəb olan eksponatlar isə ümummilli lider Heydər Əliyevin və dövlət başçısı İlhamƏliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri prezident ştandartı (bayrağı), Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları, mərasim geyimləri və Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920 ci illərdə Turkiyədə yerləşən səfirliyinin üzərində dalğalanan bayrağıdır.
Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının üzvləri də bayram günü Dövlət Bayraq Meydanını ziyarət ediblər. Gənlər də bu günün iftixarından danışaraq muzeyin eksponatları ilə yaxından tanış olublar.
Qeyd edək ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikamızın dövlət bayrağı elan edilib.
Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB