Rasim Musabəyov: "Azərbaycanın Xankəndi aeroportunun istifadəsini qadağan etməyə tamamilə haqqı çatır" - MÖVQE
Beynəlxalq Mülki Aviasiya Təşkilatı vasitəsilə Azərbaycanın Xankəndi aeroportunun istifadəsini qadağan etməyə tamamilə haqqı çatır. Bunu ermənilərin Xankəndi aeroportunu işə salmağa hazırlaşmasını şərh edərkən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyib.
Musabəyov qeyd edib ki, bu, heç də ermənilərin təbliğ etdiyi kimi, asan bir iş deyil. Söhbət təkcə yeni aeroportun tikilməsindən getmir. Hələ naviqasiya məsələlərini həll etmək vacibdir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı vasitəsilə Azərbaycanın buna qadağa qoymağa tamamilə haqqı çatır.
Ermənistan KİV xəbər verir ki, aeroportun uçuş-enmə zolağının gecə işıqlandırma sistemi sınaqdan keçirilib. Hava limanının uçuş-enmə zolağının uzunluğu 2 min 300 m, eni isə 20 metrdir. Xankəndi hava limanından ilk dövrdə Yerevana reyslərin təşkili planlaşdırılır. İlin əvvəlindən həyata keçirilmiş işlər nəticəsində hava limanına böyük təyyarələrin enməsi üçün uçuş-enmə zolağı genişləndirilib.
Ermənilər 2008-ci ildə aeroportun əsas binasının tikintisinə başlayıblar. Aeroportun açılışı bu il mayın 9-na planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası isə bəyan edib ki, işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və rəsmi Bakının icazəsi olmadan Xankəndinə digər ölkələrdən təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Əks halda rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirlər görəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB