Mahmud Əhmədinejad Ermənistana gedəcək

Mahmud Əhmədinejad Ermənistana gedəcək

İran prezidenti Mahmud Əhmədinejad Ermənistana səfər edəcək. SİA-nın "Armtoday" saytına istinadən yaydığı məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İranın xarici siyasət idarəsinin rəhbəri Əli Əkbər Salehi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Onun sözlərinə səfər bu ilin sonuna kimi baş tutacaq: "Hazırda İran prezidenti Mahmud Əhmədinejadın İrəvana səfərinə hazırlıq məsələlərini müzakirə editik" deyə, o əlavə edib.

Görüşdə ikitərəfli münasibətlər, xüsusilə inkişaf etməkdə olan iqtisadi əlaqələrimizi müzakirə etdiklərini deyən Edvard Nalbandyan bildirib ki, hazırda tərəflərin iştirakı ilə reallaşdırılan birgə layihələr var.

Bütün xəbərlər Facebook səhifəmizdə