Millət vəkili və ombudsman Tovuz rayonunda yerləşən \"N\" saylı hərbi hissədə olub
Qurban bayramı və 9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə millət vəkili Qənirə Paşayeva və ombudsman Elmira Süleymanova Tovuz rayonunda yerləşən \"N\" saylı hərbi hissədə olublar. SİA-nın xəbərinə görə, əsgərlərin andiçmə mərasimində iştirak edən qonaqlar onlara təbriklərini çatdırıblar.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağda da dalğalanmasıdır: "Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah gələn Qurban bayramını və Bayraq bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə qeyd edək".Ombudsman E.Süleymanova isə son illərdə ordumuzun inkişafından söhbət açıb. Sonra millət vəkili Qənirə Paşayeva və ombudsman Elmira Süleymanova xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr veriblər.
Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB