Baytarlıq şəhadətnaməsi olmayan heyvanlar müvafiq ərazilərə buraxılmayacaq

Baytarlıq şəhadətnaməsi olmayan heyvanlar müvafiq ərazilərə buraxılmayacaq

Qurban bayramı ilə əlaqədar paytaxta gətiriləcək iribuynuzlu və ya xırda buynuzlu heyvanların hamısı Dövlət Baytarlıq Xidmərinin nəzarəti altında kəsiləcək. SİA-nın xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov məlumat verib. O bildirib ki, həmin əraziyə xüsusi baytar həkimlər cəlb olunublar. E.Şahbazov qeyd edib ki, heyvanların sağlam olub-olmamasına əmin olmaq üçün onlardan qan analizi alınaraq yoxlanılacaq.

"Nə qədər seçim məntəqəsinin olması, heyvanların gətirilməsi dövlət tərəfindən təşkil olunmur. Nə qədər gətirsələr onları imkan daxilində yerlə təmin edəcəyik. Satışına isə sanitariya, gigiyena qaydalarına riayət etməklə bu işlərin aparılmasına dövlət nəzarətini yerinə yetirəcəyik", - deyə o əlavə edib.

Rəis müavini qeyd edib ki, hər bir gələn heyvanın sağlamlıq haqqında şəhadətnaməsi forma-1 olmalıdır: "Əgər onlar məxfi gəlirsə, forma-2 baytarlıq şəhadətnaməsi olmaldıır. Baytarlıq şəhadətnaməsi olmayan heyvanlar bu əraziyə buraxılmayacaq. Heyvanlar üçün yerlər müəyyən olunub və burada dövlət baytarlıq sanitariya nəzarətini həyata keçiriləcək. O qaydalara uyğun olmayan heyvan gətirilərsə, kəsimə buraxılmayacaq. Cərimə də tətbiq oluna bilər".


Bütün xəbərlər Facebook səhifəmizdə