Dövlət Statistika Komitəsi məktəblərdə aparılan müayinənin nəticələrini açıqlayıb-STATİSTİKA

Dövlət Statistika Komitəsi məktəblərdə aparılan müayinənin nəticələrini açıqlayıb-STATİSTİKA
Dövlət Statistika Komitəsi növbəti dəfə ölkədə fəaliyyət göstərən dövlət əyani ibtidai, orta və tam orta ümumtəhsil məktəblərində onların qış mövsümünə hazırlığı, maddi-texniki bazası və pedaqoji kadrlarla təminatına dair statistik müayinə keçirib. Komitədən SİA-ya verilən xəbərə görə, müayinənin nəticələrinə əsaəsn, 4487 dövlət əyani ümumi təhsil müəssisələrindən 3888-i, o cümlədən şəhər yerlərində 1097-si, kənd yerlərində isə 2791-i kompüterlə təmin olunub. Kompüterlərə malik olan ibtidai məktəblərin xüsusi çəkisi 11 faiz, orta məktəblərin – 82 faiz, tam orta məktəblərin isə - 96 faiz təşkil edib. Məktəblərin telekommunikasiya vasitələri və telefonla təchiz olunması, eləcə də şagirdlərin onlardan səmərəli istifadə etməsi məsələləri Naxçıvan MR-da, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində, Abşeron və Samux rayonlarında daha yaxşı təşkil edilib. 2011/2012-ci tədris ilinin əvvəlinə ölkənin əyani ümumi təhsil müəssisələrində 2903 nəfər, kəndlərdə2389 nəfər, şəhərlərdə 514 nəfər əlavə pedaqoji kadra ehtiyac olub. Fərdi istilik sisteminə malik olan təhsil müəssisələri şəhərlərdə 77 faiz, kəndlərdə isə 96 faiz təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə