Müstəqilliyin 20-ci ildönümünü cəbhə bölgəsindki əsgərlər də qeyd edib

Müstəqilliyin 20-ci ildönümünü cəbhə bölgəsindki əsgərlər də qeyd edib
Müstəqilliyin yenidən bərpasının 20-ci ildönümünü cəbhə bölgəsində xidmət edən əsgərlər də qeyd edib. SİA-nın Qrabağ börosunun verdiyi xəbərə görə, onların bu dəfəki qonağı millət vəkili Məlahət İbrahimqızının başçılıq etdiyi bir qrup şəxs olub. Cəbhənin Tərtər istiqamətində xidmət edən əsgərlər üçün bayram konserti təşkil edilib. Milli Məclisin üzvləri və Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri cəbhə bölgəsində xidmət edən əsgərlərlə görüş keçirib. Qonaqlar hərbçilərin xidmət şəraiti ilə yaxından tanış olublar.Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, hərbçilər müstəqil Azərbaycan dövlətinin pozulmuş sərhədlərinin bərpa edəcəklərinə söz veriblər. Onun sözlərinə görə, Azərbaycan əsgəri hər zaman döyüşə hazır olduğunu bildirib.
Qeyd edək ki , tədbir bayram konserti ilə davam edib. Qonaqlar həmçinin əsgərlərə bayram hədiyyələri təqdim edib.

Şamxal

Bütün xəbərlər Facebook səhifəmizdə