YAP rəsmisi: \"20 il ərzində Azərbaycan çox çətin və şərəfli bir yol keçib\"
"Müstəqilliyin ilk illərində Azərbaycan ərazilərinin işğalı, ictimai sabitliyin pozulması, vətəndaş müharibəsinin olması, ərazilərin işğal altında olması, həkimiyyət dəyişikləri Azərbaycan üçün çox ciddi problemlər yaradırdı. Ancaq Azərbaycanın 20 ildə göstərdiyi uğurlar digərlərindən qat-qat üstündür". SİA-nin xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, Azərbaycanda olan ictimai-sabitlik, aparılan sosial islahatlar, quruculuq-abadlıq işləri postsovet ölkələrinin heç birində yoxdur. 20 il ərzində Azərbaycan çox çətin və şərəfli bir yol keçib.
S.Novruzov qeyd edib ki, Azərbaycanın müstəqilliyi digər MDB ölkələrinə nisbətən daha çətin olub.
"Amma Azərbaycanda olan inkişaf, tərəqqi digər ölkələrə nisbətən daha yüksək səviyyədə inkişaf edib. Bu da ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra müstəqilliyin möhkəmlənməsi və islahatlar nəticəsində başa gəlib. Azərbaycanın 20 ildə keçdiyi yol Azərbaycanın 100 illərlə keçdiyi yola bərabərdir. Bizim əldə etdiyimiz nailiyyətləri digər ölkələr hələ ki təzə həyata keçirməyə başlayır. Postsovet məkanının müstəqillik əldə edən ölkələri arasında Azərbaycan iqtisadi uğurları, ictimai-siyasi sabitliyi, sosial islahatları ilə qat-qat üstündür", - deyə S.Novruzov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB