YAP Nəsimi rayon təşkilatının hesabat xarakterli konfransı keçirilib

YAP Nəsimi rayon təşkilatının hesabat xarakterli konfransı keçirilib

Azərbaycan dəmir yolları Qapalı Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının 8-ci konfransına hazırlıq və təşkilata yeni sədrin seçilməsi istiqamətində hesabat xarakterli konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edənlər YAP-nın yaranmasının tarixi köklərinə toxunaraq bildiriblər ki, məhz ulu öndər Heydər Əliyevin yaratmış olduğu bu partiya Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında müstəsna əhəmiyyət kəsb edib. Əsrin müqaviləsinin bağlanması ilə Azərbaycanın xalqının bütövlüyü, suverenliyi bir daha təmin edildi. Hazırda cənab prezident İlham Əliyevin bu partiyaya sədrlik etməsi isə inkişaf etmiş dövlətlərin Azərbaycana diqqətini artırıb və beynəlxalq arenada ölkəmizin öz sözünü dünya ictimaiyyətinin diqqətinə çatdırmasına zəmin yaradıb. Çıxış edənlər həmçinin cənab prezidentin gənclərə göstərdiyi diqqət və qayğını da xüsusilə vurğulayıb. Qeyd olunub ki, günü-gündən inkişaf edən Azərbaycanda 600-dən çox gənc dövlət hesabına YAP-ın sıralarından xaricə istirahətə göndərilib. İdmana, səhiyyəyə, yol-infrastrukturunun inkişafına göstərilən diqqət bu partiyanın birliyinin təcəssümünü bir daha ortaya qoyub.


Bütün xəbərlər Facebook səhifəmizdə