Aİ və AŞ-nın rəhbərləri Belarusda ölüm cəzasına moratorium qoyulmamasını pisləyən bəyanat veriblər
Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Katerin Eşton və Avropa Şurasının Baş Katibi Torbyörn Yaqland Avropa və Ümumdünya Ölüm Cəzasına qarşı Mübarizə Günü ilə əlaqədar birgə bəyannamə imzalayıblar.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən SİA-ya verilən məlumata görə, bəyannamədə bildirilir ki, Avropa Birliyi və Avropa Şurası ölüm cəzasına qarşı olmalarına dair birgə mövqe tutduqlarını və onun dünyada ləğv edilməsinə dair təəhhüdlərini bir daha təsdiq edirlər.
"Biz ölüm cəzasının qeyri-insani olduğunu, insan ləyaqətini alçaltdığını hesab edirik. Avropanın təcrübəsi göstərmişdir ki, ölüm cəzası zorakılıq cinayətlərinin artmasının qarşısını almır, bu kimi cinayətlərin qurbanları üçün ədaləti bərpa etmir. Heç bir hüquq sisteminin sığortalanmadığı məhkəmə səhvi nəticəsində hər hansı bir ölüm cəzası insan həyatının bərpa olunmaz itkisi deməkdir. Bizim üzv dövlətlərin ərazilərində 1997-ci ildən etibarən ölüm cəzası icra olunmayıb. Biz Avropada ölüm cəzasının tətbiq olunduğu yeganə ölkə olan Belarusda ölüm cəzasının tətbiq edilməsini pisləməkdə davam edirik. Biz Belarusda ölüm cəzasının tətbiq edilməsinin dondurulmasında və sonradan tamamilə ləğv edilməsində təkid edirik".
Bəyannamədə bildirilir ki, Avropa Birliyi və Avropa Şurası dövlətlərin geniş koalisiyası tərəfindən dəstəklənən ölüm cəzasının tətbiq edilməsinin dondurulmasına və sonradan tamamilə ləğv edilməsinə qlobal səviyyədə moratoriumun qoyulmasına dair BMT-nin son qətnamələrini alqışlayır: "2007, 2008 və 2010-cu illərdə bu məsələ ilə bağlı BMT-nin qətnamələrinə artan dəstək ölüm cəzasına qarşı beynəlxalq tendensiyanın artığını göstərir. Eyni zamanda ölüm cəzasının ləğv olunduğu ölkələrin artan sayını nəzərə alsaq (1993 və 2009 illər arasında bu rəqəm 55-dən 97-dək artmışdır), biz dünyanın 58 ölkəsində hələ də ölüm cəzasının tətbiq olunduğu faktına etinasızlıq göstərə bilmərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB